1999-cu il sentyabrın 22-də Şahbuz rayonunda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Hüseynov Cəfər Əlmüzəffər oğlunun xatirəsi məzarı başında anılıb

Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər.