2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

2 fevral – Gənclər Günü münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında “Yol verin, gənclik gəlir” adlı tədbir təşkil olunub. Tədbir Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edənlər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında artan rolundan bəhs ediblər. 

Çıxışlardan sonra mədəniyyət və incəsənət sahəsində, eləcə də rayonun ictimai həyatında fəallığı ilə seçilən gənclər diplomlarla təltif olunublar. Tədbir gənclərin ifasında təqdim olunan bədii hissə ilə yekunlaşıb.