
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Kırna kənd tam orta məktəbində "Ümumdünya Uşaq Hüquqları Günü” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər uşaq əməyinin istismarı, sosial-iqtisadi problemlemlər, insan hüquqlarının kobud şəkildə pozulması, intellektual inkişaf, uşaq cəmiyyətin gələcəyi, ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı və təlim-tərbiyəsi sahəsində ətraflı məlumatlar veriblər.