2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Culfa Rayon Uşaq Gənclər Şahmat məktəbində ümumtəhsil məktəblərin oğlan və qız şagirdləri arasında şahmat üzrə rayon turniri keçirilib. Yarışı Culfa Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi birfə təşkil ediblər. 38 şahmatçının iştirak etdiyi yarışda yekun nəticəyə əsasən oğlanlar arasında Məmmədli İdris Rəşad oğlu I yerə, Cəfərov Uğur Elçin oğlu II yerə, Babayev Mustafa Emin oğlu III yerə, qızlar arasında isə Abbaslı Nigar Ziya qızı I yerə, Cəbizadə İradə Səbuhi qızı II yerə, Məhərrəmova Lətifə Rasim qızı III yerə layiq görülüblər. Qalib və fərqlənən şahmatçılar diplom, fəxri fərman və medallarla təltif ediliblər.