
Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 Noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbir mövzuya həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Ardınca Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib ki, 25 noyabr dünyada məişət zorakılığına qarşı mübarizənin önəmini xatırladan mühüm tarixdir. O vurğulayıb ki, zorakılığın aradan qaldırılması təkcə hüquqi deyil, həm də sosial və psixoloji aspektləri əhatə edən kompleks yanaşma tələb edir. Tədbirdə digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşərək zorakılığın qarşısının alınması istiqamətində görülən işlər və mövcud çağırışlar barədə məlumat veriblər.