26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Ordum varsa yurdum var" devizi altında şeir müsabiqəsi keçirilib

Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri arasında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş  "Ordum varsa yurdum var" devizi altında şeir müsabiqəsi keçirilib. Müsabiqənin sonunda qaliblərə diplom və fəxri fərmanlar təqdim olunub.