
Dizə kəndində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub. Çıxışlar zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib. Tədbirin sonunda məktəblilər tərəfindən qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib.