27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib Qazançı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kənd ictimaiyyətinin iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, torpaqlarımızın azadlığı uğrunda şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs ediblər. Daha sonra tədbir iştirakçıları Qazançı kənd qəbristanlığında uyuyan şəhidlərin məzarlarını ziyarət ediblər.