
Culfa Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilən aksiya zamanı şəhər və kənd ərazilərində yeni ağaclar əkilib. Həmçinin mövcud yaşıllıqların suvarılması və onlara aqrotexniki qulluq göstərilməsi, eləcə də ətraf ərazilərin səliqəyə salınması istiqamətində də müvafiq işlər görülüb. Aksiya çərçivəsində qaraağac, göyrüş və müxtəlif növ meyvə ağacları olmaqla, ümumilikdə 1010 ağac əkilib. Ağacəkmə aksiyası 27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və yaşayış məntəqələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə təşkil olunub.