27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub

Saat 12:00-da Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi, Culfa rayonunda da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sükut dəqiqəsi zamanı rayon ərazisində avtomobillərin və digər nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb və səs siqnallarından istifadə etməklə şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub.