
27 Sentyabr – Anım Günü ərəfəsində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova və icra hakimiyyətinin əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunub. Şəhid ailələri ilə keçirilən görüşlərdə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad olunub. Ailə üzvləri ilə söhbət zamanı onların sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılıb
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.