
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları kəndlərdə şəhid ailələri, kənd ictimaiyyəti və məktəblilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə gül dəstələri qoyulub. Şəhidlərimizin Vətən qarşısında göstərdikləri fədakarlıqdan, keçdikləri şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib. Həmçinin məktəblilər tərəfindən şəhidlərin qəhrəmanlığını və Vətən sevgisini tərənnüm edən şeirlər səsləndirilib.