27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı və Culfa Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü: Şərəf və İftixar Tariximiz” adlı tədbir keçirilib. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdiyi misilsiz igidlikdən bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı parlaq Qələbə şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olub. Bu Qələbə, Azərbaycanın şərəf və qürur tarixinin ən parlaq səhifələrindən biri kimi daim yaddaşlarda qalacaq.

Sonda “Yaşadıqca biz, yaşayacaq hər bir Şəhidimiz” adlı kompozisiya təqdim olunur