27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib

Gülüstan Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlayan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunmasından və regionda yaranan yeni reallıqlardan danışıblar.