
Bənəniyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin və Bənəniyar kənd klubunun birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhid ailələri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs ediblər. Sonda məktəblilər tərəfindən 27 Sentyabr -Anım Gününə həsr olunmuş şeirlər səsləndirilib.