Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “28 May-Müstəqillik Günü”nə həsr olunmuş müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib. 24 müəllimin iştirak etdiyi yarışda qalib və fərqlənən şahmatçılar diplom və medallarla təltif ediliblər.