
Əlincə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 8 noyabr Zəfər Günü ilə bağlı məktəblilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbir keçirilib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin parlaq nümunəsidir.
Sonda şagirdlər Zəfər Günü ilə bağlı şeirlər səsləndiriblər.