8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Ərəzin Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 8 - Noyabr Zəfər Günü ilə bağlı məktəblilərin də iştirak etdiyi tədbir keçirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 30 il sonra torpaqlarımızın işğaldan azad olunmasından, Ordumuzun qüdrətindən, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.

Sonda məktəb şagirdləri Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər.