8 Noyabr - Zəfər Gününü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində və kəndlərdə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin əməkdaşları ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir zamanı Culfa şəhəri və kəndlərdə ümumilikdə 2 000-ə yaxın həmişəyaşıl, dekorativ və meyvə ağacları əkilərək ərazilərin yaşıllaşdırılması və ekoloji mühitin yaxşılaşdırılması işlərinə töhfə verilib.