
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə könüllüləri" ilə birgə uzunömürlü, nümunəvi ailərlə görüşləri davam etdirirlər. Bu dəfə "Ailələrimizi tanıyaq" layihəsi çərçivəsində Culfa Rayonunun Əlincə kəndində yaşayan Novruzovlar ailəsi ilə evliliklərinin 59 illik yubileyi münasibətilə görüş keçirilib.
Qeyd edək ki, ailənin 5 övladı, 14 nəvəsi 23 nəticəsi var. Ailə başçısı Novruzov Məsmalı Məhərrəm oğlu və onun həyat yoldaşı İsmayılova Fatma İbiş qızı göstərilən diqqətə görə məmnuniyyətlərini bildiriblər.