
27 Sentyabr – Anım Günü ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi, həmçinin Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə VII sinif şagirdləri üçün “Vətən Müharibəsi – 44 günlük müharibə” adlı film nümayiş etdirilib.
Tədbirin keçirilməsində əsas məqsədi 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin xatirəsini yad etmək, şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, milli-mənəvi dəyərlərə bağlılığı və hərbi vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarətdir.