Anım Günü ərəfəsində şəhid məzarlarında təmizlik və abadlıq işləri görülüb

27 Sentyabr – Anım Günü münasibətilə Culfa şəhərində və rayonun kənd qəbiristanlıqlarında şəhidlərimizin məzarları ətrafında genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilib. Təşkil olunan aksiyada məzarların ətrafı alaq otlarından təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.