
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqust ayının 15-də saat 09:00-da Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək və Şahbuz rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Qəbulda iştirak etmək istəyən sakinlər 060-596-69-62 nömrəsinə zəng edərək əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.