
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bənəniyar kəndində "Qanunsuz tikililərin qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə qanunsuz tikililərlə bağlı qanunvericiliyin tələbləri, tikinti işlərinin müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinin vacibliyi barədə ətraflı məlumat verilib. Görüş zamanı sakinləri maraqlandıran suallar da cavablandırılıb.