Bənəniyar kəndində səyyar vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması,  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tapşırıq və tövsiyələrinə uyğun olaraq Culfa Rayon İcra Hakimiyyəti başçının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə 17 dekabr  2025-ci il tarixdə Bənəniyar kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir. Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə təşkilat rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri iştirak etmişdir. Qəbul zamanı kənd sakinlərinin, əsasən, iş və məşğulluqla bağlı məsələləri dinlənilib. Vətəndaşlara vakant yerlər yaranarsa,  Dövlət Məşğulluq Agentliyinin Culfa Rayon Sektoru tərəfindən işlə təmin olunacaqları bildirdi.