
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Bənəniyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr" mövzusunda maarifləndirici seminar-müşavirə keçirilib. Tədbirin əsas məqsədi yay aylarında biçilmiş taxıl sahələrində, əkin və otlaq ərazilərində, habelə meşələrdə və fərdi mülklərdə yanğın təhlükəsizliyinin təmin olunması, bu istiqamətdə özünüidarəetmə orqanlarının, eləcə də vətəndaşların üzərinə düşən məsuliyyət izahı olub.
Tədbirdə çıxış edənlər yanğınların başvermə səbəbləri, qarşısının alınması yolları, ilkin müdaxilə vasitələrinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.