Beynəlxalq Qızlar Günü münasibətilə voleybol üzrə rayon birinciliyi keçirilib

11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Gənclər və İdman İdarəsinin və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Yarışın sonunda qalib və fərqlənən komandalara qiymətli hədiyyə ilə yanaşı diplomlar təqdim olunub.