Birinci Qarabağ müharibəsi şəhidi Nəcəfov Məzahir Ramazan oğlunun doğum günü qeyd olunub

Birinci Qarabağ müharibəsinin uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərində peşəkar tankçı kimi düşmənə qan udduran qəhrəman şəhidlərimizdən Nəcəfov Məzahir Ramazan oğlunun bu gün doğum günüdür. Məzahir 28 iyun 1973-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Şəhidimizin doğum günündə onun xatirəsinə tikilmiş bulağın ətrafında Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.