
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əbrəqubus kəndində qanunsuz tikililərin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Çıxışlar zamanı tikinti fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, qanunsuz tikililərin doğura biləcəyi hüquqi nəticələr barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı zəruri tövsiyələr təqdim edilib.