
Culfa Rayon İcra Hakimiyyəti və “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin Aqrar təlim şöbəsinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində “Arıçılıq təsərrüfatında mövsümlə əlaqədar profilaktik tədbirlərin aparılması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd arı ailələrinin sağlamlığının qorunması, xəstəlik və zərərvericilərə qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsi, arıçılıq məhsullarının keyfiyyətinin və məhsuldarlığın artırılması barədə fermerlərin bilik və bacarıqlarının artırılması olub.