Bu gün Vətən müharibəsi şəhidi Orucov Coşqun Oruc oğlunun şəhadətə ucaldığı gündür

27 sentyabr 2020-ci ildə xalqımızın mərd oğulları silaha sarılaraq canları bahasına Vətən torpağından yağı düşməni qovmaqla gücünü bütün dünyaya göstərdi. Azərbaycan tarixinə İkinci Qarabağ müharibəsi adı ilə həkk olunan bu müharibədə Vətən övladları şəhidlik zirvəsinə ucalmaqla hər bir azərbaycanlının qəlbində özlərinə məskən saldılar. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən igid oğullarımızdan biri də Orucov Coşqun Oruc oğludur. Coşqun 2020-ci il oktyabr ayının 25-də Tuğ kəndi istiqamətində gedən qızğın döyüşlərdə şəhid olub. 

Şəhid Orucov Coşqun Oruc oğlu ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.