Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünü ehtiramla anır.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlətçiliyin möhkəm təməlini qoydu və gələcək nəsillərə güclü, müstəqil Azərbaycan əmanət etdi.

Onun uzaqgörən siyasəti, müdrik qərarları və xalqına bağlılığı Azərbaycanı sabitlik və inkişaf yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin adı və irsi yalnız tarixdə deyil, daima xalqımızın qəlbində yaşayır və gələcək nəsillərə yol göstərir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir dövlətimizin memarı və əbədiyaşar lideridir. Onun əziz xatirəsi hər bir azərbaycanlı tərəfindən həmişə ehtiramla yad ediləcək, adı minnətlə anılacaq!