
Yağan intensiv yağışlardan sonra Culfa rayonunun Camaldın kəndində kənddaxili yollarda yaranan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülüb. Belə ki, Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əraziyə xüsusi texnika cəlb olunaraq, yolun hamarlanması işləri həyata keçirilib. Görülən işlər nəticəsində yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi təmin olunub, avtomobillərin təhlükəsiz hərəkəti, eləcə də sakinlərin rahat gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.