
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə yerlərdə baxılması, onların problemlərinin obyektiv və operativ şəkildə həll edilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tərəfindən Camaldın kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Sakinlər tərəfindən səsləndirilən müraciətlərin bir qismi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə həlli istiqamətində müvafiq tapşırıqlar verilib, digər müraciətlərə isə qanunvericiliyin tələblərinə uyğun izahatlar təqdim olunub. Görüş zamanı Naim Cahidzadə Culfa rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işləri barədə kənd sakinlərinə ətraflı məlumat verib. Sakinlərin müraciətlərində qaldırılan bəzi məsələlərin yerində araşdırılması məqsədilə rayon rəhbəri əraziyə baxış keçirib və həlli istiqamətində müvafiq göstərişlər verib.