
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov, Culfa rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, kənd icra nümayəndəliyinin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər son illər dünyada və ölkəmizdə iqlim dəyişiklikləri və qlobal istiləşmə nəticəsində şirin su ehtiyatlarının azaldığını vurğulayaraq, bu sahədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü bildiriblər.
Tədbirdə kənd təsərrüfatında, məişətdə və gündəlik həyatda suya qənaətin vacibliyi, müasir suvarma sistemlərinin tətbiqi, sudan səmərəli istifadə yolları haqqında məlumat verilib. Sakinlərə su israfının qarşısının alınması və bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən bəhs olunub.