Camaldın kəndində Zəfər Günü münasibətilə tədbir keçirilib

8 Noyabr — Zəfər Günü münasibətilə Camaldın kəndində icra nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisələrin əməkdaşları və kənd ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər bildiriblər ki, 8 Noyabr Zəfər Gününü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Şanlı Azərbaycan Ordusunun sənət əsəridir.