
İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun idarə və təşkilat rəhbərlərinin, kənd icra nümayəndələri və bələdiyyə sədrinin iştirak etdiyi qəbulda sakinlərinin müraciət və təklifləri dinlənilib. Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən problemlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb. Sakinlər onları narahat edən problemlərin həlli istiqamətində yaradılan şəraitə görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.