
Ərəfsə kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların problemləri ilə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq qurum rəhbərlərinə tapşırıqlar verilib. Kənd sakinləri müraciətlərinə operativ baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə minnətdarlıqlarını bildiriblər.