
Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və xalqın yaddaşında əbədi iz qoyan tarixi xidmətləri barədə danışıblar. Sonda məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər, həmçinin onun şərəfli ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.