
Tədbir Qazançı, Milax və Teyvaz kənd sakinlərinin iştirakı ilə təşkil olunub. Görüş zamanı qanunsuz tikintilərin qarşısının alınması, tikinti işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacibliyi və şəhərsalma qaydalarına əməl olunmasının əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qanunsuz tikinti halları ilə bağlı qarşıya çıxan problemlər və onların həlli yolları barədə ətraflı izahat verilib