Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında "Yaşayış məntəqələrində qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından istifadə zamanı baş verə biləcək partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə idarə müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.