Culfa Rayon İcra Hakimiyyətində xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinə dair tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilərək onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi, o cümlədən vətəndaşların özünəməşğulluq proqramının icrası çərçivəsində fərdi təsərrüfatlarının yaradılmasına, eyni zamanda aztəminatlı ailələrin müəyyən edilərək ünvanlı sosial yardımın təyinatına dəstək göstərilməsi məqsədilə maarifləndirici tədbir təşkil olunub.