
Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun təşkilatçılığı ilə baş tutan tədbirdə İcra Hakimiyyətinin, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Tədbirdə 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə elan olunmuş "Sülh Aylığı"nın əhəmiyyəti vurğulanıb, sülh mədəniyyətinin və insan hüquqlarının təşviqi məsələləri diqqətə çatdırılıb. Tədbir cəmiyyətdə dinc birgəyaşayış, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin daha da möhkəmləndirilməsi çağırışı ilə yekunlaşıb. #SülhAylığı və #PeaceMonth