Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Sudan səmərəli və qənaətlə istifadə edək" adı altında keçirilən maarifləndirici tədbirlər davam edir

Azərbaycan Respublikasının daxili suları Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir qorunur. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə etməli və müasir texnologiyanın tətbiqinə daha da maraqlı olmalıyıq. Bütün bunları nəzərə alaraq Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq kəndlərdə yaşayan təsərrüfatçılarla görüşlər keçirir və əhalinin sudan səmərəli istifadə etməsi üçün maarifləndirici söhbətlər aparırlar. İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Milax Bələdiyyəsinin sədri Dünyamalı Hacıyev bu gün Milax kəndində sakinlərlə görüşərək mövzu ilə bağlı söhbət aparıblar.