Keçirilən növbəti tədbirin ünvanı rayonun Qızılca kəndidir. Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Ərəzin kənd Bələdiyyəsinin sədri Tofiq Bayramov kənd sakinləri ilə görüşərək bildiriblər ki, gələcəkdə içməli su qıtlığı kimi ciddi problemlə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, məişətdə su itkisinin qarşısı alınmalı və suya qənaət edən müasir avadanlıqlardan istifadə edilməlidir.