
Culfa şəhərində Elşad Nağıyev 28 küçəsində yerləşən, şəhid ailələrinin və qazilərinin yaşadığı 18 mənzilli yaşayış binasının və “Şəhidlər Abidə Kompleksi”nin ətrafında abadlıq və təmizlik işləri həyata keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd şəhidlərin xatirəsinə ehtiramın, onların ailələrinə isə dərin minnətdarlığın ifadəsidir.