Culfa rayon Milax kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə 20 Yanvar- Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 1990-cı ilin 20 yanvarında törədilmiş bu qanlı cinayət Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin şanlı və unudulmaz səhifəsi kimi tarixə həkk olunub.

Sonda məktəblilər 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.