Culfa rayonu ərazisində əkin sahələrinin suvarılması istiqamətində işlər davam etdirilir.

2025-ci ilin payızlıq və 2026-cı ilin yazlıq əkinləri, xüsusilə də buğda və arpa əkilmiş ərazilərdə suvarma tədbirləri fasiləsiz olaraq davam etdirilir. 

Suvarma prosesinin normalara uyğun qaydada həyata keçirilməsi kənd təsərrüfatının inkişafına və mövsüm üzrə bol məhsul əldə olunmasına əlverişli şərait yaradır.