
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova aidiyyəti məsul şəxslərlə birlikdə rayonun Ərəzin və Kırna kəndlərindəki kümçülük təsərrüfatlarında barama istehsalının gedişi ilə yerində tanış olub. İpəkqurdlarının bəslənməsi və saxlanılması vəziyyəti ilə maraqlanan Sara xanım kümçülərə işlərində uğurlar arzulayıb və gələcəkdə daha çox ipəkqurdu saxlamağın vacibliyini çatdırıb.