
Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda növbəti iməcilik aksiyası təşkil olunub. Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
İməcilik zamanı şəhər və kənd ərazilərində geniş təmizlik və abadlıq işləri həyata keçirilib. Belə ki, qurumuş ağaclar kəsilərək ərazidən götürülüb, yaşıllıq sahələri alaq otlarından təmizlənib, həmçinin ərazidəki yaşıllıqların suvarılması təmin olunub.